Türkiyənin hakim partiyası Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb

Region
  • 03 may, 2018
  • 11:04
Türkiyənin hakim partiyası Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb
LEFTERIS PITARAKIS/AP

Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, onun namizədliyini hakim partiyadan 316 deputat dəstəkləyib.

Xatırladaq ki, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

44 - Tezliklə