Türkiyənin daxili işlər naziri: Demək olar ki, şəhərlərimizdə terrorçu qalmayıb

Region
  • 16 mart, 2024
  • 13:04
Türkiyənin daxili işlər naziri: Demək olar ki, şəhərlərimizdə terrorçu qalmayıb
Ali Yerlikaya

Demək olar ki, şəhərlərimizdə və sahillərimizdə terrorçu qalmayıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Türkiyənin hüzuru” toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrora qarşı mübarizəsi davam edəcək: "Terrorçuların artıq son çırpıntılarını görürük".

Nazir Türkiyə kəşfiyyatının kifayət qədər güclü olduğunu da diqqətə çatdırıb.