Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib

Region
  • 13 fevral, 2018
  • 12:32
Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib
CHP olan millət vəkili Enis Berberoğlu

Bakı. 13 fevral. REPORT.AZ/ İstanbul Bölgə Məhkəməsi Cümhurriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlunun 5 il 10 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib.

Enis Berberoğlu “dövlətin təhlükəsizliyi, daxili və xarici siyasətə yararlığı baxımından gizli qalması vacib olan məlumatları açıqlamaqda” təqsirli bilinib. 

44 - Tezliklə