Türkiyədə zavodda partlayış olub, 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb - VİDEO

Region
  • 11 oktyabr, 2017
  • 07:38
Türkiyədə zavodda partlayış olub, 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb - VİDEO
AA/ Emin Mengüarslan

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyənin İzmir əyalətinin Aliağa rayonunda yerləşən TÜPRAŞ-Türkiyə Neft Emalı Zavodunda partlayış baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Partlayışın səbəbi araşdırılır.

Türkiyədə zavodda partlayış olub, 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb - VİDEO