Türkiyədə terrorçunu qəbiristanlıqda basdırmağa imkan verməyiblər
Region
- 02 aprel, 2015
- 12:06
Bakı. 2 aprel. REPORT.AZ/ İstanbul prokuroru Mehmet Selim Kirazı qətlə yetirən terrorçulardan biri Şəfəq Yaylanı həmkəndliləri kənd qəbiristanlığında basdırmağa imkan verməyib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin üzvünün cənazəsi Türkiyənin Girəsun mahalının Çanakçı kəndinə aparılıb. Cənazəni aparanlar orada etiraz aksiyası ilə üzləşiblər. Etirazlara baxmayaraq, onu məmləkəti Karabörk kəndinə, ŞəfəqYaylanın evinə apararaq həyətdəki bağçada basdırıblar.
Onun dəfnində az sayda yaxını iştirak edib.
Xatırladaq ki, prokuror martın 31-də İstanbulda vəzifəsini icra edərkən qətlə yetirilib.
Son xəbərlər
05:05
Macarıstanda "Pakş" AES-in fəaliyyəti dayandırılacaq
Digər ölkələr04:32
"Sopranolar klanı" serialının aktyoru Vinsent Pastore vəfat edib
Digər ölkələr03:56
Türkiyədə kişi çayda boğulan oğlunu xilas etmək istəyəndə axına düşüb
Region03:27
Tramp Venesuelanın xəritəsini yenə "51-ci ştat" yazısı ilə paylaşıb
Digər ölkələr02:58
Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək
Region02:31
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
Digər ölkələr02:02
Video
Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib
Region01:33
Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub
Digər ölkələr01:11