Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib

Region
  • 02 avqust, 2026
  • 02:02
Türkiyənin F-16 qırıcıları Estoniyadakı bazaya yerləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi (Enhanced Air Policing - eAP) missiyası çərçivəsində Blok-72 növbəsini rəsmən təhvil alıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, HHQ Komandanlığına tabe olan 181-ci Reaktiv Eskadrilya Komandanlığının Estoniyanın Amari Hərbi Hava Bazasına yerdəyişməsi başa çatdırılıb.

Komandanlıq 30-31 iyul tarixlərində ərazini tanıma uçuşları həyata keçirib. Blok-72 növbəsi Türkiyənin F-16 qırıcı təyyarələri vasitəsilə həyata keçiriləcək: "5 ədəd qırıcı təyyarə və 76 nəfər hərbçi noyabrın 30-na qədər Estoniyanın Amari Hərbi Hava Bazasında fəaliyyətdə olacaq".