Türkiyədə terrorçular hərbi konvoya hücum edib, 1 ölü

Region
  • 10 noyabr, 2015
  • 20:12
Türkiyədə terrorçular hərbi konvoya hücum edib, 1 ölü

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Hakkari vilayətində terrorçular hərbi konvoya hücum ediblər.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən təşkil edilən silahlı hücum nəticəsində 1 polis əməkdaşı da yaralanıb.

Hadisə yerindən uzaqlaşan PKK üzvlərinin tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat keçirilir.