Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb
Region
- 08 iyul, 2024
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.
“Report” “NTV Haber”ə istinadən xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, 34 nəfər isə təxliyə edilib.
Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.
Məlumata görə, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb.
Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.
Hazırda təbii fəlakətin təsirlərinin aradan qaldırılması istiqamətində işlər görülür.
Son xəbərlər
20:47
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
20:40
Video
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
20:38
Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb
Komanda
20:33
Foto
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Mədəniyyət siyasəti
20:24
"Politico": Uitkoff Ağ Evin aparat rəhbəri vəzifəsinə namizədlər arasındadır
Digər ölkələr
20:15
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Digər ölkələr
20:01
Foto
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Xarici siyasət
19:59
Türkiyənin sosial media seqmentində Azərbaycanın dünyəvi dövlət modelinə dəstək
Analitika
19:58
SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib
Region