Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Region
  • 09 avqust, 2024
  • 06:32
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Türkiyənin paytaxtı Ankarada baş verən yol qəzasında ölənlərin sayı 11-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.

09:34

Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.