Türkiyədə PKK terrorçuları 3 polisi qətlə yetirib
Region
- 07 avqust, 2015
- 09:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyənin Silopi rayonunda 3 polis əməkdaşı öldürülüb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə PKK tərəfdarlarının ara küçələrə girişini qadağan etmək üçün küçələrdə qazılan xəndəkləri bağlamaq istəyən zaman baş verib.
Bu zaman polis işçilərinə qarşı təşkil olunan silahlı hücumda 3 nəfər qətlə yetirilib, 1 polis ağır yaralanıb.
Silahlı hücum zamanı qarşılıqlı atışma təxminən 4 saat davam edib.
Yaralanan polis məmuru və ölən 3 nəfərin cənazəsinin aparıldığı Dövlət Xəstəxanası qarşısında ciddi təhlükəsizlik tədbirləri görülüb.
Son xəbərlər
10:33
Gürcüstandan 112 əcnəbi deportasiya edilib, Azərbaycan vətəndaşları da var
Digər
10:33
Baş ticarət müşaviri: "Ödəniş problemləri fintex həllərinə tələbatı artıra bilər"
Maliyyə
10:33
Foto
Elçin Məmmədov İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Zirvəsində iştirak edib
Region
10:29
Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
Maliyyə
10:26
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubunun qonağı olacaq
Komanda
10:24
Paşinyan: Azərbaycanla sülh müqaviləsi dövlətçiliyimizin uzunömürlülüyünün təməlini qoyacaq
Xarici siyasət
10:23
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
Elm və təhsil
10:23
Ağdam Sənaye Parkında un istehsalı müəssisəsi yaradılacaq
Sənaye
10:17
Foto
İki prokurorluq əməkdaşı hakim təyin edilib
Hadisə