Türkiyədə hoteldə yanğın olub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Region
  • 22 iyul, 2023
  • 09:35
Türkiyədə hoteldə yanğın olub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik hoteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ölənlərdən biri livanəsilli turistdir. Yaralılar hospitala yerləşdirilib.

Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.