Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 3 hərbçi həlak olub

Region
  • 17 yanvar, 2018
  • 12:06
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, 3 hərbçi həlak olub

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyənin İsparta əyalətinin Yalvaç rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Kırkbaş kəndində baş verib.

CASA tipli “CN 235” təyyarəsi hərbi təlim məqsədi ilə uçuş həyata keçirirmiş. 

Qəza nəticəsində təyyarənin göyərtəsindəki 3 hərbçi həlak olub. Onlardan ikisi pilotdur. 

Hadisə yerinə xilasedicilər cəlb edilib.