Türkiyədə FETÖ-ya bağlı 3 412 daşınmaz əmlak dövlət mülkiyyətinə verilib

Region
  • 01 avqust, 2016
  • 12:15
Türkiyədə FETÖ-ya bağlı 3 412 daşınmaz əmlak dövlət mülkiyyətinə verilib

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində bağlanan bütün dərnək, məktəb, xəstəxana və vəqflərə məxsus 3 412 daşınmaz əmlak dövlət mülkiyyətinə verilib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Dövət Əmlak və Kadastr Baş İdarəsi 1 425 daşınmaz əmlakı Maliyyə Nazirliyi, 1 987 daşınmaz əmlakı da Vəqflər Baş İdarəsinin mülkiyyətinə verib. Bundan başqa, ticarət şirkətlərinə məxsus 2 491 daşınmaz əmlakın alqı-satqısına məhdudiyyət qoyulub. Bu əmlaklar yalnız Maliyyə Nazirliyinin icazəsi ilə satışa çıxarıla bilər. 

Məlumata görə, Fətullahçı terror təşkilatına (FETÖ) bağlı qurumların dövlət çevrilişi cəhdindən əvvəl satdığı 6 435 daşınmaz əmlaka da məhdudiyyət qoyulub. 

Bundan başqa, araşdırmalar zamanı Fətullah Gülənə məxsus 3 daşınmaz əmlak üzə çıxıb. Bunlar da Gülənin ata ocağı sayılan Ərzurum Pasinlerdədir və onların satışına məhdudiyyət qoyulub.