Türkiyədə enerjinin tənzimlənməsi üzrə beynəlxalq forum keçiriləcək
- 18 may, 2015
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 may. REPORT.AZ/ İstanbulda Enerji Tənzimlənməsi üzrə VI Beynəlxalq Forum keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərə görə, forum mayın 25-28-də İstanbulun Lütfi Kırda adına Beynəlxalq Mədəniyyət Mərkəzinin Qurultaylar sarayında keçiriləcək.
Tədbirə enerji bazarını tənzimləyən siyasətçilər, şirkət təmsilçiləri, enerji bazarında fəaliyyət göstərən şəxslər, maliyyə müəssisələri təmsilçiləri, alimlər və 5 qitənin istehlakçılarının nümayəndələri qatılacaqlar.
Forumda kommersiya fəaliyyətinə innovasiyaların təsiri kimi məsələlər də müzakirə olunacaq.
Mayın 26-da "Dəyişikliklərin faydası" mövzusundakı sessiyada siyasi dəyişikliklərin təsiri və texnoloji nailiyyətlərin nəticələri müzakirə ediləcək.
Forumun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilir.