Türkiyədə çimərlikdə bir ailənin üç üzvünün meyiti tapılıb
Region
- 21 avqust, 2026
- 08:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Kocaeli şəhərində yerləşən çimərlikdə üç nəfərin meyiti tapılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyiti sahildə aşkarlanıb. Şahidlər baş verənlərlə bağlı təcili xidmətlərə məlumat veriblər. Hadisə yerinə həkimlər, polis və sahil mühafizə qüvvələri göndərilib.
Həlak olanların şəxsiyyəti müəyyənləşdirilib. Onların bacı və qardaş olduğu məlum olub: 17 yaşlı Məhəmməd Əli Sakər, 24 yaşlı Gülşah Sakər və 15 yaşlı Belinay Sakər.
Daha əvvəl itkin düşmüş hesab olunan üçüncü bacı Bilgənur Sakər isə axtarış əməliyyatı nəticəsində sağ vəziyyətdə tapılıb.
Son xəbərlər
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda