Türkiyədə biri polkovnik olmaqla 20 pilot həbs edilib

Region
  • 07 noyabr, 2016
  • 08:33
Türkiyədə biri polkovnik olmaqla 20 pilot həbs edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 69 pilot saxlanılıb.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, biri polkovnik, ikisi qadın olmaqla onların 20 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.

İnformasiyaya görə, həbs edilənlərin 19-u baş leytenantdır.

Məlumata əsasən, 49 pilot isə ədliyyə nəzarətində qalmaqla sərbəst buraxılıblar.

Onlara qarşı “Türkiyə Konstitusiyasına qarşı çıxmaq, hökumətə qarşı qiyam, terrorçu təşkilata üzv olmaq” kimi ittihamlar irəli sürülüb.