Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb

Region
  • 22 noyabr, 2026
  • 03:37
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb

Türkiyənin cənubundakı Hatay vilayətində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Antakya rayonunda baş verən qəzada 11 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.