Türkiyədə 20-dən çox hərbçi yol qəzasında xəsarət alıb

Region
  • 24 fevral, 2018
  • 23:33
Türkiyədə 20-dən çox hərbçi yol qəzasında xəsarət alıb

Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin Antalya vilayətində yol qəzası nəticəsində ən azı 23 nəfər hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İHA agentliyi yayıb.

Qəza fevralın 24-də, hərbçiləri daşıyan avtobus Antalyadan qayıdan zaman baş verib. Avtobus Kestel qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Nəticədə 22 hərbçi və sürücü xəsarət alıb. Onlar xəstaxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. 

44 - Tezliklə