Türkiyə XİN başçısı dekabrda Rusiyaya səfər edəcək

Region
  • 28 noyabr, 2016
  • 07:14
Türkiyə XİN başçısı dekabrda Rusiyaya səfər edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabr ayında Rusiyaya səfər edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Dekabrın 6-da Türkiyənin xarici işlər naziri gələcək. Dekabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər etməsiylə bağlı planlar olmayıb", - deyə Y.Uşakov jurnalistlərə bildirib.

44 - Tezliklə