Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeridib

Region
  • 13 yanvar, 2018
  • 22:07
Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeridib

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın suriyalı kürdlərin (YPG) "başlarını qopartmaqla" hədələməsindən dərhal sonra Suriya ilə sərhədə hərbi texnika karvanı göndərib.

“Report” xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Anadolu" yazıb.

Onların arasında 5 ədəd tank da var. Tanklar yük maşınları ilə daşınıb.

Mənbənin sözlərinə görə, ağır hərbi texnika sərhəd kontingentinin gücləndirilməsi məqsədi ilə göndərilib.