​Türkiyə Silahlı Qüvvələri Ağ Evin iddialarını təkzib edib

Region
  • 16 oktyabr, 2015
  • 04:56
​Türkiyə Silahlı Qüvvələri Ağ Evin iddialarını təkzib edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in avtomobilini türk qırıcılarının vurması ilə bağlı ABŞ-ın iddialarını təkzib edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Məlumata görə, ötən gecə Ağ Ev hava əməliyyatlarında Türkiyə qırıcılarının da iştirak etdiyini və onların İŞİD-ə məxsus avtomobili vurduğunu bildirmişdi.

Xəbərə əsasən, İŞİD-ə aid avtomobili türk qırıcıları deyil, ABŞ-ın pilotsuz uçan təyyarələri vurub.