Misirdə yol qəzasında ölənlərin sayı 18 nəfərə çatıb, onlarla insan xəsarət alıb - YENİLƏNİB
- 12 avqust, 2026
- 07:08
Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində kənd təsərrüfatı işçilərini daşıyan pikapın aşması nəticəsində azı 18 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" Misir Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Qəza çərşənbə axşamı Əl-Dəvavis rayonundakı giriş yolunda baş verib. Yaralılar Əl-Qəssasin Xəstəxanasına aparılıb.
Tibbi mənbənin məlumatına görə, qurbanların əksəriyyəti 13-14 yaşlı yeniyetmələrdir. Ən gənc qurbanın 10 yaşı var.
Daha əvvəl 15 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bldirilib.
Misirin şimal-şərqindəki İsmailiyyə əyalətində fəhlələri daşıyan pikapın aşması nəticəsində azı 15 nəfər ölüb və 32 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyiə istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Hazırda yaralananların sayı barədə məlumatların yoxlanılması və onların sağlamlıq vəziyyətinin izlənilməsi üzrə işlər davam etdirilir.
Nazirliyin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə orqanları ilə koordinasiyalı şəkildə hadisələrin gedişatını izləyir.