Türkiyə sahillərində ən azı dörd miqrant batıb
- 18 avqust, 2025
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Egey dənizindəki sahillərində miqrantları daşıyan rezin qayıq batıb, nəticədə ən azı 4 nəfər həlak olub.
Bu barədə "Report" Türkiyə mediasına istinadən məlumat verir.
"Hadisə Karaburun rayonu sahillərində baş verib. Polis əməkdaşları iki miqrantı xilas edib və dörd meyit aşkar ediblər", - sahil mühafizəsi komandanlığının bəyanatında deyilir.
Digər itkin düşənlərin axtarışları helikopter, pilotsuz uçuş aparatı, beş qayıq və daha böyük bir gəmi vasitəsilə davam edir.
Gəmidəki miqrantların sayı və onların hansı millətə mənsub olduğu hələlik məlum deyil.
Xatırladaq ki, bir çox miqrantlar Avropa İttifaqına giriş üçün Türkiyə sahilləri ilə Yunanıstanın Samos, Rodos və Lesbos adaları arasındakı qısa, lakin təhlükəli yolu seçirlər.