​Türkiyə prezidentinin qızına sui-qəsd planının üstü açılıb

Region
  • 20 fevral, 2015
  • 11:06
​Türkiyə prezidentinin qızına sui-qəsd planının üstü açılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğana qarşı sui-qəsd planının üstü açılıb.

"Report" Türkiyənin "Sabah" saytına istinadən xəbər verir ki, bu, Emre Uslunun idarə etdiyi "@fuatavni_f" hesabı ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvü Umut Oranın və "@saslojal" adlı istifadəçı arasındakı mesajlaşmanın mətni mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra məlum olub.

Xəbərdə bildirilib ki, təhlükəsizlik üzrə mütəxəssislər bu yazışmaların 2015-ci il yanvarın 31-də olduğunu müəyyənləşdiriblər.

Məlumata əsasən, bir müddət öncə ölkə prezidenti R.T.Ərdoğan "ailəm və mən təhdid altındayıq" demişdi.

Xəbərdə bildirilib ki, Uslu yazılarında Orana Fətullah Gülənin "tələblərinə baxın" təlimatı ilə sui-qəsdin başlayacağını bildirib. Mesajda ABŞ-dan bir muzdlu qatil tutduqları, hətta onun İstanbula gəldiyi qeyd edilib.

Uslu "@saslojal" adlı istifadəçiyə isə qatilin "ölümü belə göz önünə alacaq biri" olmasının vacibliyini yazıb.

Xatırladaq ki, Süməyya Ərdoğan Türkiyə prezidentinin iki qızından biridir. O, Rəcəb Tayyib Ərdoğanın fəxri məsləhətçisi sayılır.

44 - Tezliklə