Türkiyə prezidentinin daha bir yavəri saxlanıb

Region
  • 19 iyul, 2016
  • 11:27
Türkiyə prezidentinin daha bir yavəri saxlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aviasiya məsələləri üzrə yavəri saxlanıb. 

"Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, podpolkovnik Erkan Kıvrak Antalya şəhərinin Serik rayonundakı otellərdən birində istirahət edərkən saxta şəxsiyyət vəsiqəsi ilə yaxalanıb.

E.Kıvrak istintaq tədbirlərinin aparılması üçün Ankaraya göndərilib.