Türkiyənin MSK-sı ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib

Region
  • 01 sentyabr, 2015
  • 06:56
Türkiyənin MSK-sı ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin Mərkəzi Seçki Komissiyası ölkədən xaricdə yaşayan vətəndaşlara müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə bildirilib ki, noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək. Sentyabrın 2-də isə Mərkəzi Seçki Komissiyasının saytında seçicilərin siyahısı yayımlanacaq: "Vətəndaşlar siyahıda öz adlarını və getməli olduqları seçki məntəqəsini tapmalıdırlar. Adı siyahıda olmayan vətəndaşlar sentyabrın 10-na qədər Türkiyə səfirliklərinə şəxsən müraciət edərək, öz adını siyahıya saldıra bilərlər".