Türkiyə hökuməti məmurların xarici ölkələrə səfərə çıxması prosesini sadələşdirib

Region
  • 30 oktyabr, 2017
  • 15:56
Türkiyə hökuməti məmurların xarici ölkələrə səfərə çıxması prosesini sadələşdirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyə hökuməti məmurların xarici ölkələrə səfərə çıxması prosesini yüngülləşdirir. 

"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra jurnalistlərə məlumat verib. 

Onun sözlərinə görə, Nazirlər Kabineti 2016-cı il 15 iyul hadisələrindən sonra məmurlara xaricə çıxarkən iş yerindən arayış təqdim etməsi ilə bağlı qaydanı aradan qaldırıb: "Bu qərar noyabr 15-dən qüvvəyə minəcək". 

44 - Tezliklə