​Türkiyə hərbçisi İŞİD terrorçularına əsir düşüb

Region
  • 06 sentyabr, 2015
  • 08:54
​Türkiyə hərbçisi İŞİD terrorçularına əsir düşüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bir neçə gün öncə Suriya ilə sərhəddə itkin düşən Türkiyə hərbçisi "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin nəzarəti altında olan ərazidəki Suriya xəstəxanasında aşkar edilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsgər sentyabrın 1-də Kilis şəhəri ilə sərhəd ərazidə İŞİD terrorçuları ilə atışmadan sonra itkin düşüb.

Daha bir türk hərbçi silahlı toqquşma zamanı həlak olmuşdu.