Kamil Aydın: "Ankara Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib"
- 05 avqust, 2016
- 03:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə hazırda ABŞ-da olan Türkiyə Böyük Millət Məclsininin deputatı Kamil Aydın deyib.
Kamil Aydın ABŞ-a Türkiyə parlamentinin nümayəndə heyətinin tərkibində gəlib. Parlamentin deputatı Gülənin Türkiyəyə verilməsinə nail olmaq məqsədilə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri ilə, o cümlədən Ədliyyə Nazirliyinin rəsmiləri görüşlər keçirib.
"Bizə dedilər ki, 85 böyük qutudan ibarət sənədləri alıblar. Onlar onu araşdırırlar", - deyə deputat Türkiyənin BMT yanında daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gülənin ekstradisiyası ilə bağlı Türkiyə və Amerika tərəfləri arasında danışıqlar davam edir.