Tokayev: “Qazaxıstan Macarıstana 700 milyon dollar dəyərində 95 növ məhsul tədarük edə bilər”
- 02 noyabr, 2023
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qazaxıstan Macarıstana təxminən 700 milyon dollar dəyərində 95 müxtəlif növ məhsul tədarük edə bilər”.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarına dair açıqlamasında deyib.
“Bu gün mühüm və konkret razılaşmalar əldə olunub. İkitərəfli ticarətin həcminin artırılmasına və investisiya əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib. Bu kontekstdə məhsulların çeşidinin artırılması və yeni imkanlardan istifadə mühüm məqam kimi nəzərdən keçirilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, metallurgiya, neft-kimya, maşınqayırma, kənd təsərrüfatı və tikinti məhsullarının ixracını genişləndirmək potensialı var.