Tokayev "Chevron"un rəhbəri ilə Orta Dəhliz vasitəsilə karbohidrogen tədarükünü müzakirə edib

Region
  • 22 sentyabr, 2025
  • 19:34
Tokayev Chevronun rəhbəri ilə Orta Dəhliz vasitəsilə karbohidrogen tədarükünü müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu Yorkda "Chevron" korporasiyasının Direktorlar Şurasının sədri və baş icraçı direktoru Maykl Uirt ilə görüşüb.

"Report"un Qazaxıstan bürosu "Akorda"ya istinadən xəbər verir ki, tərəflər ölkənin ən iri neft-qaz layihələrini müzakirə ediblər.

Ölkənin ən böyük neft yatağı olan "Tengiz"in genişləndirilməsinə, "Qaraçaqanak"da neft hasilatı və qaz emalına, qlobal bazarlara, o cümlədən Orta Dəhliz vasitəsilə karbohidrogen tədarükü marşrutlarının inkişafına xüsusi diqqət yetirilib.

Tokayev korporasiyanın Qazaxıstanın iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Qeyd edək ki, Qazaxıstan müstəqillik əldə etdikdən sonra "Chevron" şirkəti "Tengiz" və "Karaçaqanak" kimi böyük yataqların işlənməsində iştirak edib, Qazaxıstana təxminən 55 milyard dollar sərmayə qoyub.

Son xəbərlər

Bütün Xəbər Lenti