Astana-2024 beynəlxalq forumu daşqınlar səbəbindən ləğv edilib

Region
  • 13 aprel, 2024
  • 09:54
Astana-2024 beynəlxalq forumu daşqınlar səbəbindən ləğv edilib

Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim.

"Report" Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

"Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, - Tokayev "X"də (keçmiş Twitter) yazıb.

44 - Tezliklə