Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək

Region
  • 22 oktyabr, 2016
  • 12:03
Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçiriləcək. 

Report İRNA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İki gün davam edəcək iclasdan sonra Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.