TBMM sədrindən terroru dəstəkləyənlərə xəbərdarlıq: "Bumeranq effekti verəcək"

Region
  • 16 yanvar, 2024
  • 12:28
TBMM sədrindən terroru dəstəkləyənlərə xəbərdarlıq: Bumeranq effekti verəcək

Terrorçuluğun dəstəklənməsi bumeranq effekti verəcək.

“Report”un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Terroru dəstəkləyənlər bilməlidilər ki, bu, gec-tez onların özünə problem yaradacaq”.

“Terror qarşısındakı ən böyük qüvvə Türkiyə parlamenti və demokratiyadır”, - N.Kurtulmuş vurğulayıb.