Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır

Region
  • 23 sentyabr, 2024
  • 10:00
Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır
Kaxa Kaladze

Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının (Aİ) Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib.

O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək.

"Vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, - deyə K.Kaladze vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski sentyabrın 20-də Avropa İttifaqının Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə biləcəyini bəyan etmişdi.

44 filmi