Tambovda "Wildberries" anbarı PUA hücumu nəticəsində tamamilə məhv edilib - YENİLƏNİB
- 26 avqust, 2026
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Tambov vilayətinin Kotovsk şəhərində dron hücumu nəticəsində "Wildberries" şirkətinin logistika mərkəzi tamamilə məhv edilib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib.
O, həmçinin deyib ki, hücum nəticəsində iki nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilir.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) Tambov vilayətinə hücumu nəticəsində "Wildberries" marketpleysinin logistika mərkəzində yanğın baş verib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgeni Pervışov bildirib.
Yanğının sahəsi 100 min kv. metr təşkil edir. İlkin məlumatlara görə, marketpleysin bir əməkdaşı xəsarət alıb. Həyəcan siqnalı verildikdən sonra əməkdaşların təxliyəsi həyata keçirilib.