Tacikistanda rusiyalı hərbçilərə qarşı terror hücumunun qarşısı alınıb

Region
  • 01 avqust, 2018
  • 11:51
Tacikistanda rusiyalı hərbçilərə qarşı terror hücumunun qarşısı alınıb
AP Photo / Peter Leonard

Bakı. 1 avqust. REPORT.AZ/ Tacikistanda ölkədə qadağan edilmiş İslam İntibah Partiyasının yeraltı terror yuvası zərərsiləşdirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verlib.

Xüsusi əməliyyat fevral ayında həyata keçirilib, yuvanın 14 üzvü saxlanılıb. Onlar mart ayında Novruz bayramı şənliklərində, eləcə də Düşənbədəki 201-ci Rusiya hərbi bazasında böyük terror hücumları təşkil etməyi planlaşdırıblarmış.

Düşənbə məhkəməsi yuvanın qurucusu olan iki nəfərin - 25 yaşlı Fəxrəddin Qulov və onun həmyaşıdı Mahmudjon Azamovun 26 illik həbs cəzasına məhkum edilməsinə dair qərar çıxarıb. Digər müttəhimlər isə 7 illik həbs cəzası alıblar.