Hasil Abbasov: Azərbaycanda ilk dəfə vətəndaşlara "Simental" və "Holstein" cinsindən heyvanlar verilib

Sosial müdafiə
  • 21 oktyabr, 2026
  • 16:33
Hasil Abbasov: Azərbaycanda ilk dəfə vətəndaşlara Simental və Holstein cinsindən heyvanlar verilib

Azərbaycanda özünəməşğulluq proqramı çərçivəsində ilk dəfə vətəndaşlara "Simental" və "Holstein" cinsindən olan heyvanlar verilib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün özünüməşğulluq proqramı çərçivəsində bir ilkə imza atılıb:

"Bu gün Azərbaycanda ilk dəfə, həm də azad edilmiş ərazilərdə 30 ailəyə "Simental" və "Holstein" cinsindən olan heyvanlar təqdim olunub. Biz bu ərazilərin potensialına böyük ümid bəsləyirik. Bu proses ciddi əmək sərf edir. Çünki bu cinslərdən olan heyvanların tövlə şəraitində saxlanılması xüsusi həssaslıq tələb edir. Bütün bunlar nəzərə alınaraq Aqrar Xidmətlər Agentliyinin komandası ilə birlikdə müvafiq monitorinqlər keçirilib və zəruri qiymətləndirmələr aparılıb. Nəticədə tələblərə uyğun gələn təsərrüfatlara həmin aktivlər verilib".

44 filmi