Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Region
  • 10 iyun, 2016
  • 11:10
Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Bakı. 10 iyun. REPORT.AZ/ Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu, İran İnqilab Keşikçiləri Qvardiyasına (“Sepah”) mənsub ehtiyatda olan polkovnik Hac Əli Mənsuridir.

Məlumata görə, 1980-1988-ci illərdə İran-İraq müharibəsinin veteranlarından olan iranlı hərbçini iyunun 9-da İŞİD terrorçuları qətlə yetirib. 

Qeyd edək ki, indiyədək İran Suriyadakı toqquşmalarda aralarında generalların da olduğu çoxlu sayda hərbçisini itirib.

44 - Tezliklə