Suriyada İran generalı öldürülüb
Region
- 19 yanvar, 2015
- 13:00
Bakı. 19 yanvar. REPORT.AZ/ İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Əliullah Daadi Suriyanın Əl-Küneytr şəhəri yaxınlığında öldürülüb.
"Report" İSNA-ya istinadən xəbər verir ki, onunla birlikdə qvardiyanın 6 hərbçisi və Livan "Hizbullah"ının xüsusi xidmət orqanının bir neçə il öncə qətlə yetirilmiş başçısı İmdad Muğniyənin oğlu Cihad Muğniyə də ölüb.
Məlumata görə, onlar Livandan Suriyaya avtomobillə gedərkən yolda hava hücumuna məruz qalıblar.
Xəbərdə bildirilib ki, hadisə İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın əl-Küneytr şəhəri yaxınlığındakı Mazraat əl-Amal yaşayış məntəqəsinə hava hücumu nəticəsində baş verib.
Son xəbərlər
02:19
Səudiyyə Ərəbistanının müdafiə naziri Cey Di Venslə görüşüb
Digər ölkələr01:51
Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub
Digər ölkələr01:40
Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
Region01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50