Sivasda avtobus yük maşını ilə toqquşub, 10 nəfər yaralanıb

Region
  • 26 yanvar, 2017
  • 07:07
Sivasda avtobus yük maşını ilə toqquşub, 10 nəfər yaralanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Sivas bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində 10 sərnişin yaralanıb.

“Report” Anadolu Agentlyinə istinadən xəbər verir ki, Adıyaman - Artvin marşrutu istiqamətində hərkət edən avtobus Sivas - Ərzincan avtomobil yolunun Seyfebeli hissəsində yük maşınına çırpılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi araşdırılır.