Sinequbov: Rusiyanın Xarkova zərbələri nəticəsində 9 nəfər yaralanıb

Region
  • 24 iyul, 2026
  • 10:23
Sinequbov: Rusiyanın Xarkova zərbələri nəticəsində 9 nəfər yaralanıb

Rusiya ordusunun Xarkov vilayətinə endirdiyi zərbələr nəticəsində 9 nəfər, o cümlədən 1 yeniyetmə xəsarət alıb.

"Report"un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri 20 yaşayış məntəqəsinə idarəolunan aviabomba və müxtəlif növ pilotsuz uçuş aparatları ilə zərbələr endirib.