​Səudiyyə Ərəbistanının təyyarələri İncirliyə enib

Region
  • 25 fevral, 2016
  • 10:06
​Səudiyyə Ərəbistanının təyyarələri İncirliyə enib

Bakı. 25 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə aid yük təyyarələri Türkiyənin Adana əyalətindəki İncirlik bazasına enib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, fevralın 26-da krallığa aid 4 qırıcı təyyarəsinin də gələcəyi gözlənilir.