Səfir: "Aİ hələlik "Şərq Tərəfdaşlığı"nın heç bir ölkəsini üzv qəbul etməyə hazır deyil"

Region
  • 14 noyabr, 2017
  • 11:32
Səfir: Aİ hələlik Şərq Tərəfdaşlığının heç bir ölkəsini üzv qəbul etməyə hazır deyil

Bakı. 14 noyabr. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) yaxın bir neçə il ərzində "Şərq Tərəfdaşlığı" ölkələrinə alyansa üzv olmağı təklif edə bilməz".

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yuq Minqarelli bildirib.

"Aİ-nin indi tərəfdaş ölkələrdən heç birinə perspektiv təklif etmək imkanı yoxdur. Bir neçə il sonra olacaq, amma indi yoxdur", - səfir vurğulayıb.

Bununla yanaşı, o, Aİ-nin tərəfdaşlarının, o cümlədən Ukraynanın assosiasiya barədə sazişi həyata keçirməyə davam etməli olduqlarını söyləyib.

Xatırladaq ki, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.

Qeyd edək ki, 5-ci "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

44 filmi