Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib 

Region
  • 10 sentyabr, 2023
  • 12:02
Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib 

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

"Report" xəbər verir ki, Şarl Mişel bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi", - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

44 filmi