Şalva Papuaşvili: Azərbaycan və Ermənistan arasında davamlı sülh səylərini dəstəkləyirik

Region
  • 24 noyabr, 2025
  • 14:22
Şalva Papuaşvili: Azərbaycan və Ermənistan arasında davamlı sülh səylərini dəstəkləyirik

Gürcüstan Azərbaycan və Ermənistan arasında davamlı sülh səylərini dəstəkləyir.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (PABSEC) 66-cı Baş Assambleyasında çıxış edərkən deyib.

O, çıxışında regional əməkdaşlıq, dialoq və davamlı inkişafa sadiqliyin əhəmiyyətini vurğulayıb.

Ş.Papuaşvili bildirib ki, son illər QDİƏT üçün çətin dövr olub, xüsusilə Rusiyanın Ukraynadakı müharibəsi və Qara Dəniz regionunda baş verən geosiyasi dəyişikliklər təşkilatın fəaliyyətinə təsir göstərib.

Parlament sədri regionun strateji, iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyətini qeyd edərək bildirib ki, uzunmüddətli sülh rifah və inkişafın təməlidir.

Gürcüstan parlamentinin sədri həmçinin Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişi üzrə aparılan səyləri dəstəklədiklərini qeyd edib. O, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları da alqışlayıb:

"Biz regionumuzu əməkdaşlıq və imkanlarla fərqləndirmək üçün parlament diplomatiyasının gücündən istifadə etməyə hazırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti