Sabiq yüksək vəzifəli məmur Ukraynadan Gürcüstana ekstradisiya olunub
Region
- 17 sentyabr, 2021
- 13:00

Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin keçmiş rəisi Megis Kardava Ukraynadan Gürcüstana ekstradisiya olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sabiq məmur Kiyevdən Tbilisiyə təyyarə ilə gətirilib.
M.Kardava Gürcüstanda 11 cinayət işi üzrə ittiham və məhkum olunub. O, 2017-ci ilin noyabrın 1-də Ukraynada həbs olunub. Gürcüstan tərəfi sabiq məmurun ekstradisiyasını həmin tarixdən tələb edir.
2018-ci ildə M.Kardava Ukraynada ev həbsinə məhkum olunub, bir neçə gün öncə isə yenidən həbsxanaya göndərilib.
Qeyd edək ki, M.Kardava Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə hərbi polis sistemində çalışıb. O, 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.
Son xəbərlər
09:55
Ermənistan ABŞ ilə "Tramp Marşrutu" üzrə danışıqların keçiriləcəyini elan edib
Region09:54
ÇİN XİN rəsmisi: AQEM regionda sülh və sabitliyə töhfə verməlidir
Xarici siyasət09:52
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə 9 qarşılaşma baş tutacaq
Futbol09:47
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
Hadisə09:43
Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib
Digər ölkələr09:41
Foto
ABŞ-də "GL Group"un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub
Energetika09:37
Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/4 finala vəsiqə qazanıb
Fərdi09:35
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika09:35