Saakaşvili öz qarderobunun bir hissəsini Gürcüstan hökumətinə qaytarıb

Region
  • 19 avqust, 2014
  • 12:29
Saakaşvili öz qarderobunun bir hissəsini Gürcüstan hökumətinə qaytarıb

Bakı. 19 avqust. REPORT.AZ/ Gürcüstan hökumətinin rəhbərliyinə keçmiş prezident Mixail Saakaşvilinin qarderobunun bir hissəsi göndərilib. 

Report-un "Qruziya-onlayn"a istinadən verdiyi xəbərə görə, bağlamada M.Saakaşvilinin dövlət vəsaitlərinə aldığı kostyumlar və palto olub. 

Qeyd edək ki, bundan əvvəl M.Saakaşviliyə qarşı dövlət büdcəsinin israf edilməsi də daxil olmaqla bir neçə maddə ilə ittiham irəli sürülüb. 

44 - Tezliklə