Rusiya və Türkiyə XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Region
  • 31 avqust, 2016
  • 14:57
Rusiya və Türkiyə XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-nin mətbuat xidmətindən bildirilib ki, nazirlər Rusiya-Türkiyə münasibətlərinin aktual məsələləri, eləcə də Rusiya-Türkiyə prezidentlərinin bu il avqustun 9-da Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaların icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, nazirlər Suriyadakı vəziyyəti də müzakirə ediblər. M.Çavuşoğlu rusiyalı həmkarına "Fırat Kalkanı" əməliyyatı barədə məlumat verib.