AŞPA Rusiyanın tanınmış publisistini "Vatslav Qavel" mükafatı ilə təltif edib

Region
  • 10 oktyabr, 2022
  • 12:22
AŞPA Rusiyanın tanınmış publisistini Vatslav Qavel mükafatı ilə təltif edib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyanın tanınmış publisisti Vladimir Kara-Murzanı Vatslav Qavel adına mükafata layiq görüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın payız sessiyasının açılışında assambleyanın sədri Tini Koks bildirib.

Məlumata görə, tədbirdə onun diplomu xanımı Yevgeniya Kara-Murzaya təqdim olunub.

Qeyd edək ki, Rusiyanın müxalif siyasətçisi, telejurnalist, publisist, rejissor Vladimir Kara-Murza 1981-ci il sentyabrın 7-də Moskvada anadan olub. O, “Boris Nemtsova azadlıq fondu”nun keçmiş sədridir. 2015-2016-cı illərdə Xalq Azadlıq Partiyası sədrinin müavini olub.

Kara-Murza Rusiya Silahlı Qüvvələrinin Ukraynada fəaliyyəti ilə bağlı “yalan informasiya yaymaqda” ittiham olunaraq həbs edilib. İstintaqa görə, o, ABŞ-ın Arizona ştatında Rusiya ordusunu Ukraynada qadağan olunmuş vəsitələrdən istifadə etməkdə ittiham edib.

44 - Tezliklə